İqtisadiyyat

Ucuzlaşan kartof sahələrdə MƏHV OLUR

  • 24 May 2021
  • 1498 baxış

Cəlilabadda təsərrüfat sahibləri min bir əziyyətlə becərdikləri kartofu satmaqda çətinlik çəkirlər. Məhsuldarlığın az olması, üstəlik də qiymətin ucuzluğu onları əməlli-başlı məyus edib. Məhsulun maya dəyəri və daşınma xərcləri üst-üstə gəldikdə qazanc qalmır.

XalqTv.com  xezerxeber.az-a istinadən bildirir ki, min bir əziyyətlə əkdilər, yetişdirdilər və məhsul əldə etdilər. Ancaq satışa gəldikdə, məhsul üzlərini güldürmədi. 

Cəlilabadda hektarlarla əraziyə kartof əkən təsərrüfat sahibləri tonlarla məhsul əldə etsələr də, bunu sata bilmirlər. Qiymətlərin ucuz olması onları əməllicə məyus edib...

Təsərrüfat sahibləri deyirlər ki, bu mövsüm onsuz da suvarmada mövcud olan problemlər məhsuldarlığa ciddi təsir göstərib. Məhsuldarlıq orta hesabla 40% düşüb. Qiymətlərin də ucuz olması əkinçinin işini lap çətinə salıb.

Təsərrüfat sahiblərinin sözlərinə görə, istixana şəraitində yetişdirilən kartofin ilkin qiyməti 1 manat 20 qəpikdən başlasa da, qiymətlər sürətlə düşüb. Hazırda açıq sahələrdən toplanan məhsulun qiyməti 30-40 qəpik arasında dəyişir. Qiymətlərin belə sürətlə enməsinə ixracda yaranan problemlər səbəb göstərilir.

Təsərrüfat sahibləri deyirlər ki, xərclərin artmasının əsas səbəblərindən biri də daşınma və yığılma qiymətlərinin yuxarı olmasıdır. Hazırda məhsul daxili bazarla yanaşı, Rusiyanın müxtəlif bazarlarına da ixrac edilir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR