Xəbərlər

Çavuşoğlu və Stoltenberq arasında telefon danışığı olub

  • 22 May 2021
  • 2154 baxış

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

XalqTv.com Trend-ə istinadən bildirir ki, bu barədə "Anadolu" agentlyiinə Ankaradakı mənbələr bildirib.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər iyunun 14-ü keçiriləcək NATO sammitinə hazırlıqları, yaxın 10 il üçün ittifaqın gedişatının təyin olunmasında rol oynayacaq olan "NATO 2030" sənədini və Əfqanıstdakı danışıqları müzakirə ediblər.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR