Dünya

Həcc ziyarətinə icazə veriləcək

  • 22 May 2021
  • 1795 baxış

XalqTv.com xəbər verir ki Səudiyyə Ərəbistanı hökuməti bu il yerli sakinlərlə yanaşı, əcnəbi vətəndaşların da həcc ziyarətinə icazə verəcək.

Bu barədə TASS ölkənin "Al-Watan" qəzetinə istinadən məlumat yayıb.

Məlumata əsasən, ziyarət prosesi koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilmiş ciddi sanitar normalara riayət olunması şərtilə reallaşdırılacaq.

Qeyd olunub ki, hökumətin bu qərarı mayın 9-da Həcc və Ümrə Məsələləri üzrə Nazriliyin müvafiq tövsiyyyələri əsasında qəbul edilib

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR