Xəbərlər

İranlılara Xudafərin körpüsünə yaxınlaşmaq yasaqlandı

  • 21 May 2021
  • 1436 baxış

İran hökuməti Azərbaycanla sərhəddə yerləşən Xudafərin körpüsünə yaxınlaşmağı qadağan edib. Bu barədə güneyli milli fəallar xəbər yayıb.

XalqTv.com Günaz-a istinadən bildirir ki, Cəbrayıl rayonu erməni işğalında olanda Xudafərinin yaxınlığında, Araz çayının sahilində qonaqların dincəlməsi üçün şərait yaradılmışdı.

İndisə körpünün yaxınlığında yeni post qurulub.

İran sərhəd qoşunları və SEPAH-ın silahlı əməkdaşları insanlara Xudafərin körpüsünə yaxın getməyi, ətraf ərazilərdə gəzməyi qadağan edib.

"Ermənistan işğalı altında olanda burada gəzib-dolanmağa mane olmurdular. Araza girib çayın ortasına qədər getmək, körpüyə toxunmaq sərbəst idi. Hətta qonaqlar və dincəlməyə gələnlər üçün burada dayanacaq və oturacaqlar da quraşdırılmışdı.

Ancaq körpünün şimal tərəfi yenidən Azərbaycana qaytarıldıqdan sonra körpünün bu başında, Güney tərəfində adi foto çəkməyə belə icazə verilmir.

Ora yaxınlaşmağa çalışanlar SEPAH və İran sərhəd qoşunlarının zabitləri tərəfindən uzaqlaşdırılır, etiraz edənlər saxlanılaraq sorğu-sual edilir", - deyə, güneyli fəallar sosial şəbəkələrdə məlumat yayıb

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR