Xəbərlər

Azərbaycanda insulin şprisləri istehsal olunacaq

  • 21 May 2021
  • 2359 baxış

Pirallahı Sənaye Parkının rezidenti "Diamed Co" MMC-nin şpris istehsalı müəssisəsi fəaliyyətini genişləndirir.

İqtisadiyyat Nazirliyindən XalqTv.com-a verilən məlumata görə, şirkət yaxın günlərdə istehsal etdiyi məhsullar sırasına daha 5 çeşid məhsul əlavə etməklə, məhsullarının sayını 9-a çatdıracaq. Yeni məhsullar - insulin şprisləri, 1 qramlıq şprislər, müxtəlif ölçülü kəpənəklər, damardaxili kateterlər və sistem setləridir.

Hazırda müəssisədə 2, 5, 10 və 20 qramlıq olmaqla 4 növ şpris istehsal edilir. Zavodda 60-a yaxın işçi çalışır. Zavodun 3 növbəli iş rejiminə keçməsi ilə əlaqədar işçi sayının artırılması nəzərdə tutulur

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR