Yığmamızın liderlik savaşı
Bu gün qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən E qrupunun seçmə oyunlarına yekun vurulacaq.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, ardıcıl 4 oyunda "quru hesab"la qələbə qazanan Faiq Qarayevin yetirmələri bu gün baş tutan son turda Hollandiya ilə qarşılaşacaq.
Millimiz kimi "narıncılar" da bütün matçlarını qələbə ilə başa vurub. Hər iki komanda topladığı maksimum xalla qrupda ilk iki pillədə qərarlaşıblar. Ümumiyyətlə, rəqiblərdən ikisinin də növbəti mərhələyə yüksələcəyi dəqiq olsa da, kimin mundiala birbaşa, kimin pley-off vasitəsilə gedəcəyi həlledici qarşılaşmanın nəticəsindən asılı olacaq.
Millimiz qalib gələcəyi halda dünya çempionatına birbaşa yollanacaq.
Günün digər iki oyununda isə nəticələr o qədər də əhəmiyyətli deyil. Yalnızca statistika baxımından önəmli olan qarşılaşmalarda Norveç İsrail, Danimarka isə Ukrayna ilə üz-üzə gələcək.
Dünya çempionatının seçmə mərhələsi
E qrupu
V tur
3 iyun
15:00. Norveç - İsrail
Hakimlər: Bruno Muxa (Xorvatiya), Roberto Boris (İtaliya)
17:30. Azərbaycan - Hollandiya
Hakimlər: Mixail Temelis (Yunanıstan), Saşa Stanisiç (İsveçrə)
Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova
20:00. Ukrayna - Danimarka
Hakimlər: Sabine Vitte (Almaniya), Sanya Mikloşiç (Sloveniya)
N | Ölkə | O | Q | M | S | T | X |
1 | Azərbaycan | 4 | 4 | 0 | 12-0 | 300-167 | 12 |
2 | Hollandiya | 4 | 4 | 0 | 12-2 | 347-233 | 12 |
3 | Ukrayna | 4 | 2 | 2 | 7-7 | 318-305 | 6 |
4 | İsrail | 4 | 1 | 3 | 4-9 | 239-306 | 3 |
5 | Norveç | 4 | 1 | 3 | 4-10 | 242-325 | 3 |
6 | Danimarka | 4 | 0 | 4 | 1-12 | 211-321 | 0 |
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində