Dünya

Yaponiyada 14 min sakin evakuasiya edilir

  • 21 May 2021
  • 1485 baxış

Şiddətli yağışlar nəticəsində torpaq sürüşməsi və çayların daşması təhlükəsi səbəbindən Yaponiyanın qərbində ən azı 14 000 sakin evakuasiya edilir.

XalqTv.com xəbər verir  ki Trend-in məlumatına görə, bu barədə yerli NHK telekanalı məlumat verib.

Bildirilir ki, xəbərdarlığı Vakayama prefekturasının təxminən 12 min və Osaka prefekturasının 2 min sakini alıb.

Yaponiya Milli Meteoroloji İdarəsinin məlumatına görə, ölkənin bir sıra bölgələrində gün ərzində 100 ilə 200 mm arasında yağıntı düşə bilər.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR