Hava

Son 6 ilin ən isti yayını yaşayacağıq

  • 20 May 2021
  • 1517 baxış


Temperatur normadan 2 dərəcə yüksək olacaq

.XalqTv.com Real TV-ə istinadən bildirir ki, İngiltərənin meteoroloji gentliyi "Met Office"in proqnozlarına görə, 2021-ci il əsrin ən isti altı ilindən biri olacaq. Təşkilatın proqnozuna görə, qlobal temperatur 2021-ci ildə Selsi üzrə 1,03 dərəcə artacaq və 1850-1900-cü illərdəki orta temperaturdan 0,91 ilə 1,15 dərəcə arasında dəyişəcək.

Fəsillər arasında sərt keçid,qlobal istiləşmə sözsüz ki,hər kəsi narahat edir. Hazırda yay övsümünə qədəm qoymağımıza sayılı günlər qalıb. 2021-ci ili yayının necə keçəcəyi hər kəsin marağındadır. Son günlər aldığımız meşə yanğınları xəbəri,quraqlıq qismən artıq 2021 in yayı haqqında siqnallar ötürür.

Qlobal istiləşmənin fonunda quraqlıq, içməli su ehtiyyatlarının azalması da dünyanı haqlı olaraq həyəcanlandırır. Bu baxımdan ermənilər Göyçə gölündən sonra Qaragölü də özününküləşdirmək istəməsi təsadüfü deyil.

Uznun illər Azərbaycanın 20 faiz torpaqlarının işğal altında qalması ölkəmizin su ehtiyyatına da mənfi təsirini göstərirdi. Lakin bu gün artıq azad edilmiş ərazilərin su ehtiyyatları da tamamən Azərbaycanın nəzarəti altındadır. Sözsüz ki, bu, çox mühim amildir.

Xidmət rəisi onu da əlavə etdi ki, hidrometeorologiya sahəsində modernizasiya işləri həyata keçirilir.Müasir texnalogiyaların tətbiqi sahədə məlumatları daha dəqiq əldə olunmasına şərait yaradacaq. Qlobal iqlim dəyişikliyinin gətirdiyi problemlərin həllində bu sözsüz ki,çox vacib amildir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR