Dünya

İndoneziyada həbsxanadan 200 məhkum qaçıb

  • 06 May 2017
  • 985805 baxış

İndoneziyada 200 məhkum cümə namazı üçün kameraların qapılarının açılmasından istifadə edərək həbsxanadan qaçıb.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, hadisə Sumatra adasının Riau bölgəsində baş verib.
 
Xeyli sayda məhkumun həbsxanadan qaçması xəbəri yayılandan sonra həmin ərazidə yaşayan sakinlər arasında vahimə yaranıb.
 
Məlumata görə, məhkumların qaçmasına həbsxanada pis saxlanma şəraiti səbəb olub.
 
Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, axtarışlara başlanılıb. Artıq məhkumlardan bir neçəsi saxlanılıb. Qaçan digər məhkumların axtarışı davam etdirilir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR