idman

"Neftçi" çempionluq kubokunu şəhid azarkeşlərinin məzarına apardı

  • 20 May 2021
  • 205 baxış

Premyer Liqada mövsümün son turunda "Qarabağ"a qalib gələrək (1:0) Azərbaycan çempionu olan "Neftçi" 2-ci Fəxri Xiyabanı ziyarət edib.

XalqTv.com qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi matçdan sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini yad etmək üçün bu addımı atıb.

Klub prezidenti Kamran Quliyev, baş məşqçi Samir Abasov, klub əməkdaşları və futbolçular tam heyətlə 2-ci Fəxri Xiyabana yollanıb. Çempionluq kubokunu da özü ilə aparan "Neftçi" həm də şəhid olan azarkeşləri - mayor Rüfət Əsgərov və leytenant Teymur Məcidzadənin məzarını da ziyarət edib, ruhuna dualar oxuyublar.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR