Siyasət

Laçın və Qubadlının bəzi yaşayış məntəqələri də geri alınıb

  • 20 May 2021
  • 1737 baxış

Polkovnik bildirib ki, Azərbaycan Ordusu hazırda öz sərhədlərini bərpa etməklə məşğuldur:

"O istiqamətdə Ordumuzun qarşılaşdığı bir problem yoxdur. Artıq delimitasiya ilə bağlı bu məsələlər hamısı öz həllini tapıb. Nikol Paşinyanın və onların müdafiə nazirliyinin "Qara göl yaxınlığındakı dövlət sərhədlərini qorumaq üçün əlavə qüvvələrin cəlb olunduğunu elan etdik və məsələni hərbi yolla həll etməyə hazır olduğumuzu bildir "Qara göl yaxınlığındakı dövlət sərhədlərini qorumaq üçün əlavə qüvvələrin cəlb olunduğunu elan etdik və məsələni hərbi yolla həll etməyə hazırıq" kimi açıqlamaları gözlənilən reaksiyadır. Gözlənilən ona görədir ki, ermənilər heç vaxt sərhəd tanımayıblar, çünkü onlar Azərbaycan torpaqlarını işğal ediblər. Geninə-boluna Azərbaycan ərazisində istədikləri yerə gediblər, istədikləri yerdə olublar və istədikləri işləri görüblər.

Digər tərəfdən səbəb ondan ibarətdir ki, bilirik ki, hazırda orada seçkilər prosesinə hazırlıq gedir. Seçki qabağı bu prosesləri müəyyən bir şəkildə gərginliyə çevirmək istəyən və gərginlik səviyyəsinə gətirib çıxarmaq istəyən qüvvələr var. İnsanlar da hansı ki, mariflədirilməyiblər ki, Azərbaycan tərəfi indi sadəcə olaraq sərhədlərini bərpa edir, bu sərhədlərin bərpası hansı əsasla aparılır, hansı sənədlərə əsasən gedir, hansı xəritələrə uyğun gedir. Bilirik ki, üçtərəfli (10 noyabr) bəyanatda Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı bənd var. Azərbaycanın öz sərhədlərini bərpa etməklə bağlı orada qarşı tərəfləin razılıq məsələsi var. Sadəcə indi Ermənistanda eə bir siyasi vəziyyətdir ki, müəyyən siyasi qüvvələr hərşeydən divident qazanmaq istəyirlər və sərhədlərin delimitasiyası məsələsindən manipulyasiya etmək istəyirlər. Əgər Azərbaycanla sərhəd zonasında yaşayan erməni əhaliyə çatdırılsa ki, münaqişədən öncə bu sərhəd sovet respublikaları arasında mövcud olan xəritəyə əsasən qurulur, o zaman əhali bəlkə də prosesləri anlayışla qarşılayar. Əhali arasında marifəndirmə çox zəifdir. 

İş orasındadır ki, bu gün o ərazidə Rusiyanın da hərbi qüvvələri var. Sərhəddi dəqiqləşdirəndə Rusiya tərəf də bu prosesdə iştirak edir. O xəritələr 1976-cı ildə çap edilmiş xəritələrdir, və Rusiya tərəfində də, erməni tərəfində də, Azərbaycan tərəfində də o xəritələr var. Və onun əsasında indi bu saat sərhədlərin dəqiqləşdirilməsi gedir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək o deməkdir ki, Azərbaycan öz sərhədlərini bərpa edir. Və sərhəd hansı xəttlə gedirsə, hansı ərazidən keçirsə o ərazidə də artıq Azərbaycan öz sərhəd xidmətinin atributlarını qoyacaqlar və xidmətini təşkil edəcəklər. Ermənilər istəsələr də, istəməsələr də Azərbaycan bunu edəcək.

Artıq Laçın və Qubadlının bəzi yaşayış məntəqələrindən ermənilər geri çəkiliblər. Yəni, delimitasiya, demarkasiya prosesi gedir. Ermənistanla sərhəd xəttinin çəkilməsi yolunun əvvəlindəyik, təzə başlamışıq. İndi orada istər Nikol Paşinyan, istər müdafiə nazirliyi tərəfindən olsun bu kimi hallar, reaksiyalar, belə açıqlamalar, populist söhbətlər, çağırışlar və s. olacaqdır. Çünkü onlar indi seçkiqabağı marafondadırlar. Paşinyanın dövləti həmişə populizmlə məşğul olub. Bizim bundan artıq məlumatımız var. 

Prezident, Ali Baş Komandan İlham Əliyev birmənalı deyib, Azərbaycan torpağına əgər hər hansı bir təcavüz olarsa, Dəmir yumruğu yenidən işə salacağıq. Ona görə də Azərbaycanın heç bir qarış torpağında heçkimin gözü olmamalıdır, Azərbaycanın da heç  bir dövlətin torpağında gözü yoxdur, o cümlədən Ermənistan torpağında. 

İndi məndə olan məlumata görə tərəflər Qaragöl ətrafında müəyyən razılığa gəliblər. Bir şeyi bilin, Azərbaycanın maraqlarına zidd heç bir qərar qəbul edilə bilməz. Bu proses belə də davam edəcək. Ermənistan bu gün elə bir durumda deyil ki, Azərbaycana, Azərbaycanın maraqlarına zidd addım ata bilsin. Digər tərəfdən də rəsmi xəritə var, peyk vasitəsi ilə də o xəttin keçməsi metrəyə qədər dəqiq görünür. Əgər bu xətt buradan keçirsə, kim mənə deyə bilər ki, bu xətti geri çək? Bu xəritəni də Azərbaycan çəkməyibki?! Sovet dövründə mövcud olan bu sərhəddi də Azərbaycan müəyyən etməyib heç. Bu, o vaxtkı sərhəddir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü məhz bu sərhədlər çərçivəsində tanıyıb. 

İndi Azərbaycanın hər bir addımı ermənilərdə qıcıqla qarşılanır. Təbii ki, yaraları hələ təzədir. Və indi orada müəyyən qüvvələr var ki, aranı qarışdıran, insanları çaşbaş salan müxtəlif məlumatlar yayırlar. İndi onlarda sosial şəbəkələrdə də vəziyyətləri xaotkdir. Vəziyyətdən istifadə edən müəyyən qüvvələr seçkiqabağı vəziyyəti gərgin saxlamaq üçün guya "Azərbaycan onların ərazilərini işğal edir" kimi yalan məlumatlar yaymaqla erməni əhalisi arasında gərginliyi saxlayırlar.  

Silahlı Qüvvələrimizin 15 min şəxsi heyyətlə başlayan təlimlərinin də Qaragöldəki vəziyyətlə bir bağlılığı yoxdur. Bu, planlı təlimlərdir və bu təlimlərdə də qarşıya qoyulan hədəflərə nail olacağıq. O hədəflər də bəllidir.

Azərbaycan maraqlarına zidd, torpaqlarının bir metrəsini də olsun işğal etməyə heç kəsə imkan verməyəcək və adekvat addımın layiqincə atacaq".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR