Xəbərlər

Kart sisteminə keçən avtobuslarda gediş haqqı nağd şəkildə qəbul edilir

  • 18 May 2021
  • 1674 baxış

Sumqayıtda bir neçə ay əvvəl kart sisteminə keçən marşrut avtobuslarında gediş haqqı nağd şəkildə qəbul edilir.

XalqTv.com xezerxeber.az-a istinadən bildirir ki, Sumqayıt şəhərində 9 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar kart sisteminə keçmişdi.

Avtobuslar kartla ödəniş qurğuları, yəni validatorlarla təchiz edilmişdi. Amma bir müddətdir ki, yeni sistemdə problemlər yaranib. Ona görə də sərnişinlər gediş haqqını nağd formada ödəyirlər.

Avtobuslar kart sisteminə keçəndə bildirilmişdi ki, sərnişinlər 2 manatlıq adi ödəniş kartları ilə yanaşı, maaş kartlarından və mobil telefonlarından istifadə etməklə gediş haqqını ödəyə biləcəklər. Amma deyilənlər qısa müddətdən sonra özünü doğrultmadı. Hazırda sərnişinlərin aldıqları kartlar istifadəsiz qalıb və validatorlar işləmədiyindən gediş haqqı nağd formada ödənilir.

Məsələ ilə bağlı Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin nümayəndəsi Tofiq Saydumov bildirib ki, problem validatorlardakı uyğunsuzluqla bağlıdır.

Ödəmə üçün nəzərdə tutulan qurğuların yaxın vaxtlarda yeniləri ilə əvəz olunması nəzərdə tutulub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR