Dünya

Meksikada yük maşınında 9 nəfərin meyiti tapılıb

  • 18 May 2021
  • 1700 baxış

Meksikanın Miçoakan ştatında yük maşınında 9 nəfərin meyiti tapılıb.

XalqTv.com Trend-ə istinadən bildirir ki, bu barədə ştat prokurorluğu bildirib.

Qeyd olunur ki, yük maşınında tapılan 8 kişi və 1 qadının bədənində güllə yaraları olub.

Hadisə ilə bağlı araşdırma başlayıb. Ölənlərin şəxsiyyətləri məlum deyil.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR