Xəbərlər

Bəzi binalarda eyvanlar qabağa çəkilib, liftin yerləşdiyi hissə arasındakı yer zəbt olunub

  • 18 May 2021
  • 1648 baxış

Bəzi binalarda eyvanlar qabağa çəkilib, liftin yerləşdiyi hissə arasındakı yer zəbt olunub

Bakıda yerləşən yaşayış binasında eyvanlar 40-50 sm qabağa çəkilib. Bəzi binalarda isə eyvan ilə liftin yerləşdiyi hissə arasındakı yer tamamilə zəbt olunub.

XalqTv.com xezerxeber.az-a istinadən bildirir ki, söhbət Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindən gedir.

Burada yerləşən bir neçə binada eyni mənzərə müşahidə olunur. Əksər vətəndaşlar lift yerləşən ərazidən hazır divar kimi istifadə ediblər.

Həmin ərazidə yerləşən 117-ci binada da vəziyyət eynidir.

Memar Elçin Əliyev deyir ki, bu cür qeyri-qanuni artırmalar bina üçün əlavə yükdür və binanın konstruksiyalarına təzyiq göstərir. Bu hal həmçinin vətəndaşların özləri üçün də təhlükə deməkdir.

Memarın sözlərinə görə, hazırda şəhərin bir sıra mərkəzi küçələrində abadlıq işləri aparılır ki, nəticədə bu cür qeyri-qanuni tikililər sökülür və binaların ilkin layihə görünüşü geri qaytarılır. Bu zaman hətta sovet dövründə alınan sənəd belə etibarsız hesab olunur.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xanoğlan Allahverdiyev "Xəzər Xəbər"ə bildirdi ki, onların hansısa bir vətəndaşa icazə sənədi vermək kimi hüquqları yoxdur və heç kimə də belə icazə verilməyib.

Suraxanı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin baş mühəndisi Tural Zeyniyev isə ümumiyyətlə məsələdən xəbərdar olmadığını bildirdi.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR