Siyasət

SİYASƏT Şuşadan sonra növbə Zəngəzurda

  • 18 May 2021
  • 1680 baxış

Əzəli Azərbaycan torpağı - Qərbi Azərbaycana soydaşlarımızın geri dönməsi artıq ən aktual məsələ kimi gündəmdədir. Xüsusən də, Prezident İlham Əliyevin bu günlərdə söylədiyi "biz mütləq bir gün Zəngəzura və digər tarixi torpaqlarımıza geri dönəcəyik. Buna heç kimin şübhəsi olmasın" sözləri geniş rezonans doğurub və ciddi müzakirə mövzusuna çevrilib.

Minilliklər ərzində soydaşlarımız həmin torpaqlarda yaşayıb və əsrin sonlarında mənfur düşmən havadarlarının köməyi ilə onları həmin yerlərdən qovub çıxarmaqla xalqımıza tarixinin ən böyük köçünü yaşatdılar. Bununla kifayətlənməyərək ardınca Azərbaycan torpaqlarına müdaxilə edərək 7 rayonu işğal edib, milyona yaxın insanı ev-eşiklərindən qovdular. 30 il sonra 44 günlük müharibə nəticəsində tarixi ədaləti bərpa edən Azərbaycan qarşısında indi vaxtilə öz doğma torpaqlarından qovulan insanları geri dönməsi durub.

Bu xüsusda Prezident İlham Əliyevin səsləndirdiyi bəyanat erməni cəmiyyətində böyük effekt, narahatlıq doğurub. Söhbət nə az, nə çox, 200 mindən artıq insanın pozulan hüquqlarının bərpasından gedir. Yeri gəlmişkən, bu məsələ qardaş Türkiyə mediasında da ciddi müzakirə olunur.

Qərbi Azərbaycan Cəmiyyəti Ankara təmsilçisi Dərya Akdemir tarixi ədalətin bərpası, eləcə də, Zəngəzur Dəhlizi ilə bağlı bir sıra önəmli fikirlər səsləndirib.

XalqTv.com  xəbər verir ki, professor "Zəngəzura və digər tarixi torpaqlarımıza geri dönəcəyik. Buna heç kimsənin şübhəsi olmasın. O torpaqlarda bizim atalarımız yaşayıb" deyib. "Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "bir gün mütləq Zəngəzura və digər tarixi torpaqlara qayıdacağıq". Heç kim də buna şübhə etməməlidir. Əcdadlarımız o torpaqda yaşayıb. O dövrdə zəifliyimizdən ruhlanan və bəzi insanların dəstəyi ilə ermənilər o torpaqları türksüzləşdirdilər, amma indi onlara qarşı güclü və yaxşı təchiz olunmuş bir Azərbaycan var. Yenidən o torpaqlara qayıdacağıq ", - deyə bildirib.

Dərya Akdemir qardaş ölkə Azərbaycanın Qarabağdakı qələbəsindən sonra əsas gündəm maddəsi olan Zəngəzur haqqında bunları söyləyib: "Qələbədən sonra Azərbaycan Zəngəzura bir addım da yaxınlaşdı. Azərbaycan bu məsələdə heç vaxt güzəştə getməyəcək. Azərbaycan prezidenti İlham Əliyev Şuşada məsələ ilə bağlı çox açıq mesajlar verdi. Prezident bildirdi ki, "bu torpaqlar bizim öz torpaqlarımızdır. İndi həmin torpaqlarda sərhədlərin müəyyənləşdirilməsi prosesi davam edir. Ermənistana bu mövzuda susmağı tövsiyə edirik. Sülh tərəfdarıyıq, amma daha çox qarışıqlığa səbəb olarsa, kimin onları dəstəklədiyindən asılı olmayaraq dəmir yumruğumuzu yenidən endirəcəyik. Buna əmin olmalarını istəyirik", - deyə ekspert prezident sözlərini sitat kimi göstərib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR