Dünya

Hindistanda “Tauktae” qasırğası 8 nəfərin ölümünə səbəb olub

  • 18 May 2021
  • 1445 baxış

Hindistanın qərb sahillərindən gələn "Tauktae" tropik qasırğası ölkə ərazisində fəsadlar törədib.

XalqTv.com APA-ya istinadən bildirir ki, qasırğa azı 8 nəfərin ölümünə səbəb olub.

Bundan başqa ölkə infrastruktruna ciddi ziyan dəyib, elektrik dirəkləri və bir çox ağaclar kökündən çıxıb, minlərlə insan işıqsız qalıb.

165 km / saat sürətlə şimala doğru irəliləy qasırğa Ərəb dənizinin şərq-mərkəzi hissəsində - Kerala, Karnataka, Maharaştra və Goa əyalətlərini də vurub.

Bölgə səlahiyyətliləri, təxminən 150 min insanı təhlükəsiz ərazilərə təxliyə edib. Təcili yardım xidməti və ordu hazır vəziyyətə gətirilib

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR