idman

Zabit Səmədov rinqə qayıdır

  • 17 May 2021
  • 2199 baxış

Azərbaycanlı kikboksçu Zabit Səmədov yenidən rinqə qayıdır.

XalqTv.com Az xəbər verir ki, bu barədə oxu.az-a idmançının özü danışıb.

Zabit iyunun 12-də Belarusda rinqə çıxacaq. Artıq onun rəqibi də bəllidir. Bu, Nigeriya əsilli Niderland vətəndaşı olan Olutobi Ayodeci Kalecaiyedir.

"Dəli it" ("Mad Dog") ləqəbli idmançı MMA döyüşlərinin də iştirakçısıdır. O, sonuncu dəfə 2018-ci ilin martın 3-də italiyalı Ernesto Papaya qalib gəlib.

Ümumiyyətlə, onun MMA karyerasında səkkiz qələbəsi, altı məğlubiyyəti var.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR