Xəbərlər

Maştağada 70 nəfərlə toy etmək istədilər

  • 17 May 2021
  • 2176 baxış

Maştağa qəsəbəsində vətəndaş R.Qasımovanın xüsusi karantin rejimini pozaraq öz evində çoxsaylı qonaqların iştirakı ilə toy keçirməsi barədə polisə məlumat daxil olub.

XalqTv.com qafqazinfo-ya istinadən xəbər verir ki, qeyd edilən ünvana baxış zamanı həmin məclisin təşkilatçısı və ümumilikə 70 nəfər iştirakçının karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslərdən 30-u yetkinlik yaşına çatmadığı üçün onlara xəbərdarlıq edilərək valideynlərinə təhvil verilib.

Xüsusi karantin qaydalarını pozan ev sahibi, eləcə də, 40 nəfər iştirakçı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların hər biri cərimələniblə

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR