Xəbərlər

Şəhid ailələrinə verilən mənzillərdəki problemə rəsmi münasibət bildirilib

  • 17 May 2021
  • 12793 baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi Ağdaş rayonunda şəhid atası Baxşəli Səfərova verilən  mənzilin təmirsiz olması ilə bağlı məsələyə münasibət bildirib.

XalqTv.com xezerxeber.az-a istinadən bildirir ki, qurumun mətbuat katibi Murad Həşimov deyib ki, rayonda Qarabağ qazisi və şəhid ailələri üçün tikilən fərdi evlər sahiblərinə təqdim olunarkən yaşayış üçün hazır vəziyyətdə olub.

Onun sözlərinə görə, həmin şəxslərə evlər verilərkən sakinlər mənzillərdə yaradılmış şəraitdən razılıq ifadə ediblər.

Murad Həşimov bildirib ki, sözügedən fərdi evlərdə uzun müddət yaşayış olmayıb. Mətbuat katibi mənzillərdə bəzi problemlərin baxımsızlıq ucbatından yarandığını vurğulayıb.

Murad Həşimov qeyd edib ki, mənzillərdə yaranmış problemlər aradan qaldırılacaq. Bununla bağlı podratçı şirkətə tapşırıq verilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR