idman

"Bavariya", "Köln" və "Verder" sınaqdan üzüağ çıxa bilmədi

  • 03 Jun 2017
  • 254 baxış

Almaniyalı alimlər Bundesliqa klublarının stadionlarında gigiyenik normalara nə dərəcədə riayət olunmasını araşdırıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, ekspertlər azarkeş qismində 3 stadiona gəliblər. Bunlar "Allianz Arena" (Bavariya), "Rheinenergiestadion" (Köln) və "Weserstadion" (Verder) olub. Bu areanlarda pivə, içməli su və qida məhsulundan nümunələr götürən mütəxəsislər laboratoriyada onların kimyəvi və mikrobioloji analizini aparıb. Analizin nəticələri "ARD Radio"da açıqlanıb. Hər üç arenada götürülən qida nümunələrindən bağırsaq bakteriyaları tapılıb. "Rheinenergiestadion" bu baxımdan xüsusi "fərqlənib". Burda pivənin tərkibində normadan yüksək bakteriya aşkarlanıb. Münhen və Bremendəki arenaların içməli su kranlarında mikrob çıxıb. Buna baxmayaraq, qeyd olunan 3 stadionun heç birində satılan qidalardan, su və pivədən zəhərlənmə halları baş verməyib. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR