idman

Tarixində ilk dəfə Liqa 1-ə yüksəldi

  • 17 May 2021
  • 1467 baxış

Yeni mövsümdə Fransa Liqa 1-də mübarizə aparacaq daha bir klubun adına aydınlıq gəlib.
 
XalqTv.com qol.az-a istinadən xəbər verir ki, bu, "Klermon" olub. Liqa 2-də yarışan komanda 2-ci yeri tutmaqla elitaya vəsiqə qazanıb. Klerman-Ferran şəhərinin təmsilçisi klub tarixində ilk dəfə Liqa 1-ə yüksəlib.
 
Qeyd edək ki, bundan əvvəl "Trua" klubu Liqa 1-ə vəsiqə qazanmışdı.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR