Xəbərlər

Yevlaxda yanğın olub, xəsarət alan var

  • 17 May 2021
  • 2157 baxış

Yevlax şəhərinin Kövər kəndində həyətyanı sahəyə yığılan 6 ton ot bağlamasının 2 tonu yanıb.

Bu barədə XalqTv.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. 

Məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR