SAĞLAMLIQ

Hamiləlikdə stress uşaqda bu xəstəliklərin riskini artırır

  • 03 Jun 2017
  • 289 baxış

Sürix Universiteti (İsveçrə) alimləri aşkar ediblər ki, hamiləlik zamanı uzunmüddətli xroniki stress dölün inkişafına mənfi təsir edir və uşaqda bəzi xəstəliklərin riskini artırır.

XalqTV.com saglamolun.az-a istinadən bildirir ki, qısamüddətli güclü olmayan stress uşağın inkişafına mənfi təsir etmir. Əksinə belə streslər bəzən hətta faydalıdır.

Stress zamanı insanın orqanizmində bəzi hormonlar (kortikoliberin, kortizol və s.) ifraz olunur. Bu hormonlar dölyanı mayeyə düşür və uşağın inkişafına təsir edir. Kortikoliberin uşağın inkişafını stimullaşdırır və vaxtından əvvəl doğulmuş uşaqların yaşama ehtimalını artırır.
Lakin xroniki stress zamanı bu hormonun səviyyəsi daim yüksək olur ki, bu da dölün inkişafını sürətləndirərək inkişaf pozulmalarının riskini artırır.
Belə ki, hamiləlik zamanı güclü xroniki streslər uşaqda ürək xəstəliklərinin və hiperaktivlik sindromunun riskini artırır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45882 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 766 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 744 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO