Xəbərlər

Bakı-Qazax yolunda orta yaşlı kişini maşın vurub öldürdü

  • 16 May 2021
  • 2168 baxış

Bakı-Qazax yolunda orta yaşlı kişinin ölümü ilə nəticələnən yol qazası baş verib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan XalqTv.com verilən məlumata görə, 19 noyabr 2012-ci ildə Bakı-Qazax avtomagistral yolunun 423-cü km-də avtomobil naməlum piyadanı vurub. Hadisə nəticəsində piyada aldığı xəsarətdən Tovuz rayon Mərkəzi Xəstəxanasında ölüb.

Piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.

Həmin kişinin əlamətləri belədir: yaşı 48-52 arası, orta bədən quruluşlu, saçları qaradır. Əynində qara manto, qara rəngli pencək, qara şalvar olub.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Tovuz Rayon Polis Şöbəsinə və (022) 315-00-94; (050) 237-81-81 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR