Dünya

Qazaxıstanda koronavirusa daha 1 811 nəfər yoluxub

  • 12 May 2021
  • 12574 baxış

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 811 yoluxma halı qeydə alınıb.

XalqTv.com Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 348 308 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 2 816 olmaqla 304 673 nəfər sağalıb, 3 964 nəfəri isə vəfat edib

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR