Xəbərlər

Qızların çılpaq videosunu çəkən din xadimi həbs edildi

  • 12 May 2021
  • 1459 baxış

Polşada Lukaş P. adlı rahibin gənc qızların çılpaq videolarını çəkib özündə saxlaması böyük qalmaqala səbəb olub.

XalqTv.com publika.az-a istinadən xəbər verir ki, araşdırmalar zamanı din xadiminin Xorvatiyaya apardığı bir qrup qızın istifadə etdiyi paltardəyişmə otağına və tualetə gizli kamera yerəşdirməsi üzə çıxıb. Belə ki, iş üzrə 20-yə yaxın qızın zərərçəkən olması və onların çılpaq görüntülərinin rahib tərəfindən lentə alınaraq saxlanılması müəyyənləşib.

Məhkəmə qarşısına çıxarılan Lukaş P. 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Pedofil rahib həmçinin hər bir qıza 33 min avro məbləğibndə təzminat ödəməlidir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR