Dünya

Bu ölkədə karantinin ləğv ediləcəyi vaxt açıqlandı

  • 08 May 2021
  • 46156 baxış


İsrail may ayının axırında koronavirusla bağlı məhdudiyyətlərin hamısını ləğv etməyi planlaşdırır.

XalqTv.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Benyamin Netanyahu səhiyyə naziri Yuli Edelşteynlə keçirdiyi brifinqdə bəyan edib.
 
O bildirib ki, bütün məhdudlaşdırıcı tədbirləri ləğv edib, ölkəni normal vəziyyətə geri qaytarmağa ümidvardırlar.
 
"Bütün dünyada insanlar vaksin gözləyir, ancaq İsraildə peyvənd insanları gözləyir. Bunu dəyişdirməliyik", - ölkədə 16 yaşdan yuxarı bir milyondan çox insanın koronavirus vaksinasiyasından keçmədiyini deyən Netanyahu əlavə edib.
 
O vurğulayıb ki, İsraildəki 16 yaşdan yuxarı insanların peyvəndlənməsi mayın sonunda tamamlanacaq. Bundan sonra isə ölkədə pandemiya ilə bağlı vəziyyət apreldə normallaşacaq.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR