Xəbərlər

Müharibəyə görə Türkiyədən Azərbaycana gələn həyat yoldaşını geri qaytara bilmədi

  • 06 May 2021
  • 2734 baxış


Türkiyənin Düzce vilayətinin Bahçeşehir rayonunda yaşayan 67 yaşlı şəhid atası Rahmi Yıldız bir neçə ay əvvəl Azərbaycana gələn və geri qayıtmağa imkanı olmayan arvadı üçün bölgə valisindən kömək istəyib. Vali onun müraciətinə müsbət cavab verib və yaşlı adama maddi dəstək göstərilib.

XalqTv.com virtualaz.org-a istinadən xəbər verir ki, Rahmi Yıldızın arvadı Hüsniyyə Yıldız azərbaycanlıdır. Ötən ilin payızında Qarabağda müharibə başlayanda qadının Azərbaycanda yaşayan oğlu orduya çağırılıb. Nəticədə onun azyaşlı uşaqları və həyat yoldaşını himayə etmək üçün qadın Türkiyədən bir neçə aylığa Azərbaycana gəlib.

Bir müddət əvvəl onurğasından əməliyyat olan və işləyə bilməyən şəhid atası Rahmi Yılmazın maddi vəziyyəti pisləşib. Arvadının Azərbaycandan geri qayıtması üçün ona bilet almağa pulu olmayıb. O, üzləşdiyi vəziyyətlə bağlı "Öncü Haber" adlı yerli informasiya portalının qaynar xəttinə bildirib. Portal isə yaşlı adamın durumunu Düzcə valiliyinə çatdırıb.

Vali Cevdet Atay bu müraciətə müsbət cavab verib və çətin şəraitdə yaşayan yaşlı adama maddi dəstək göstərilib. O, həmin pula bilet alıb və indi arvadının Azərbaycandan geri qayıtmasını səbrsizliklə gözləyir.

"Ötən il Azərbaycanda Qarabağ hərəkatı başlayanda oğlunu orduya çağırdıqları üçün o da gəlininin və nəvələrinin himayəsində durmaq üçün getməli oldu. Getdi, amma indi də pulsuzluqdan mən onu geri gətirə bilmirəm. Əvvəllər heç kimə möhtac deyildim, amma indi səhhətimə bağlı işləyə bilmirəm, ehtiyacım var. Yanımda birinin olması, mənə qulluq etməsi lazımdır, xanımı gətirməyim lazımdır",-o deyir.

Rahmi Yıldız ona maddi yardım edildiyi üçün valiyə minnətdarlıq edir. Bildirir ki, arvadı təyyarəyə minmək üçün koronavirus testi verib və tezliklə Türkiyəyə dönəcək

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR