Şou Bİznes

“O müğənni bu həyatı gizlin yox, real yaşayır”

  • 04 May 2021
  • 311 baxış

XalqTV.com xəbər verir ki, ARB TV-nin "Bazar Düzü" verilişinin qonağı ifaçı Vəfa Şərifova olub.

Müğənni, həmkarı Rəqsanə İsmayılovanın açıqlamasına münasibət bildirib:

"Rəqsanə xanım həmin canlı yayımı açmazdan 1 gün öncə elə onun restoranında ailəvi məclisdə iştirak edirdim. Orada mənə olanları danışdı. Hadisə Rəqsanə xanımın restoranında baş verib. Deyilənlər doğrudur. O xanımın kim olduğunu bilirəm. Ailəli xanımdır. Həmin xanım Rusiyada bu həyatı real yaşayır, gizlin yox. Orada yaşayanlar onu tanıyır".

Xatırladaq ki, bir müddət öncə müğənni Rəqsanə İsmayılova şəxsi hesabından canlı yayım açaraq Rusiyaya gedən bəzi xanım ifaçıların orada başqa işlərlə məşğul olduğunu deyərək onları ayıblayıb.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR