Xəbərlər

Bakıdakı tarixi binanın üzərində mansard tikilib

  • 29 Apr 2021
  • 205 baxış

Səbail rayonu, 28 may küçəsindəki tarixi binanın üzərində əlavə tikinti işləri aparılıb.

XalqTv.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə tanınmış memar Elçin Əliyev sosial şəbəkədə məlumat yayıb. O, sözügedən yeni tikilinin fotolarını feysbukda paylaşaraq binada qanunsuzluğa yol verildiyini qeyd edib. 

Memarın sözlərinə görə, 1908-ci ildə tikilən bu bina Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Cavab olaraq saytımıza bildirildi ki, bununla əlaqədar Mədəni İrsin Qorunması Dövlət Xidmətinə artıq məlumat verilib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR