Xəbərlər

Sidqi Mustafayevin ikinci qızı və qayınanası da Covid 19-dan vəfat etdi

  • 24 Apr 2021
  • 218 baxış

 Əməkdar mədəniyyət işçisi, "İRS" folklor ansamblının rəhbəri Sidqi Mustafayev, xanımı Fəridə və qızı Təravətdən sonra digər qızı Hökümə də koronovirus infeksiyasından vəfat edib. 

XalqTV.com axşam.az-a istinadən bildirir ki, tarzənin qızı Hökümə bu gün Covid-19-dan dünyasını dəyişib. Bu haqda ailənin yaxınları məlumat verib. Bildirilib ki, Hökümə ilə yanaşı bu gün onun qayınanası Səriyyə xanım da virusdan vəfat edib.

Hökümə ailəlidir, onun iki qız, bir oğul övladı var.

Qeyd edək ki, Hökümə bir neçə həftə əvvəl axşam.az-a açıqlamasında atasının, anasının və bacısının vəfatından danışmışdı.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR