Xəbərlər

BÖYÜK KONSALTİNQ ŞİRKƏTİ RUSDİLLİ İŞÇİLƏRİN QƏBULUNU ELAN EDİR

  • 12 Mar 2021
  • 289 baxış

Bazarda artıq üç ildir ki fəaliyyət göstərən şirkət işçi qəbulu elan edir. ƏMƏK HAQQI - 1200-2200 AZN. YAŞ MƏHDUDİYYƏTİ: 18-35 YAŞ (aşağıda göstərilən ayrı-ayrı vakansiyalar istisna olmaqla).

Şirkət tələblərinə uyğunluğun yoxlanılması üçün test və imtahandan keçmək istəyənlər ilk növbədə [email protected] ünvanına CV göndərməlidir yaxud da https://ishyeri.az/ saytında CV doldurmalıdır. RUS DİLİNİ YÜKSƏK SƏVİYYƏDƏ BİLMİRSİNİZSƏ, VAXTINIZI İTİRİB CV GÖNDƏRMƏYİN! CV YALNIZ RUS DİLİNDƏ TƏRTİB OLUNMALIDIR. Digər dillərdə tərtib olunan CV-lərə baxılmayacaq.

CV-də GÖSTƏRİLƏN BÜTÜN MƏLUMATLAR DƏQİQLİKLƏ YOXLANILACAQ. HƏQİQƏTƏ UYĞUN OLMAYAN MƏLUMATLARI DEYİL, YALNIZ REAL FAKTLARI QEYD EDİN.

Əlavədə olan faylı (CV) doldurun

İş şərtləri

  • Ə/H: 1200-1600 AZN;
  • Tam məşğulluq;
  • Əmək müqaviləsi bağlamaqla işə qəbul;
  • Yeni əməkdaşlara iş ödənişsiz əsasda öyrədilir, bu müddətdə əmək haqqı ödənilir;
  • Şirkətdə karyera inkişafı perspektivləri;
  • Tibbi sığorta;
  • Şirkətin hesabına nahar;
  • Bakının mərkəzində rahat ofis;
  • İş qrafiki: 09:00 - 18:00

STANDART VAKANSİYALARA NAMİZƏDLƏRƏ QARŞI TƏLƏBLƏR (Ə/H: 1200-1600 AZN)

  • Yaş: 18-30;
  • Azərbaycan və rus dili bilikləri: yüksək səviyyədə;
  • İngilis, fransız, alman və şərq dilləri bilikləri işə qəbul ehtimalını artırır;
  • Azərbaycanın coğrafiyası, tarixi və müasir reallıqları haqqında dərin biliklər;
  • Kompüter bilikləri (təcrübəli istifadəçi səviyyəsində): Microsoft Office proqramları (World, Excel) ilə işləmə bacarığı;
  • Instagram və/və ya Facebook sosial şəbəkələrindən istifadə bacarıqları;
  • Humanitar təhsil - arzuolunandır.

İXTİSASLAŞMIŞ VAKANSİYALARA NAMİZƏDLƏRƏ QARŞI TƏLƏBLƏR

İxtisaslaşmış sahələrdə işə qəbul olunmaq istəyən namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

SMM (Ə/H: 1600 AZN)

  • Yaş: 18-30;
  • Azərbaycan və rus dili bilikləri: yüksək səviyyədə;
  • Azərbaycanın müasir reallıqları (pop-mədəniyyət, iqtisadiyyat, siyasət, coğrafiya) haqqında biliklər;
  • Facebook və Instagram-da hədəf reklamı ilə iş təcrübəsi;
  • Facebook və Instagram-da abunəçilərin cəlb olunması və fəallığın qorunub saxlanması sahəsində təcrübə;
  • Təhlil və hesabların reklam nəticələri haqqında hesabatların tərtib olunması bacarıqları;
  • Müxtəlif hesabların həftələrə və aylara görə reklam nəticələrinin müqayisə olunması bacarıqları;
  • Kontent (məzmun) menecer bacarıqları;
  • Excel-də işləmə bacarığı;
  • Telegram və TikTok-da işləmə bacarığı (arzuolunandır);
  • Şəxsi iş portfoliosu (arzuolunandır).

Qrafik dizayn (Ə/H: 2200 AZN)

  • Yaş: 18-30;
  • Azərbaycan və rus dili bilikləri: yüksək səviyyədə;
  • Azərbaycanın müasir reallıqları (pop-mədəniyyət, iqtisadiyyat, siyasət, coğrafiya) haqqında biliklər;  
  • Adobe Photoshop ilə iş təcrübəsi- mütləq;
  • Adobe illustrator ilə iş təcrübəsi - mütləq;
  • Adobe Premiere Pro ilə iş təcrübəsi - mütləq;
  • Adobe after effects ilə iş təcrübəsi - arzuolunandır;
  • Qrafik dizayn və/və ya videomontaj kurslarının bitirilməsi haqqında sertifikat/sertifikatlar (arzuolunandır);
  • Şəxsi iş portfoliosu (arzuolunandır).

Veb tərtibatçı (Ə/H: 2200 AZN)

  • Yaş: 18-35;
  • Azərbaycan və rus dili bilikləri: yüksək səviyyədə;
  • HTML, CSS, PHP bilikləri;
  • HTTP, FTP protokol bilikləri;
  • MySQL VBİS-dən istifadə təcrübəsi;
  • JavaScript bilikləri, sazlama prinsipləri barədə anlayış;
  • Php-frameworks ilə iş təcrübəsi;
  • Geniş yayılmış СMS (Wordpress, Bitrix, Opencart, Modx) ilə iş təcrübəsi;
  • Saytların yaradılması, onların işinin optimallaşdırılması üçün texniki düzəlişlərin daxil edilməsi, səhifə və metateqlərin yaradılması və dəyişdirilməsi bacarıqları;
  • Sayğac kodları və analitik server kodlarının yerləşdirilməsi bacarıqları;
  • Səhifə ünvanlarının dəyişdirilməsi və yenidən yönləndirmənin (redirect) sazlanması bacarıqları;
  • Səhifələrin ayrı-ayrı elementlərinin dəyişdirilməsi bacarıqları;
  • Sayt xəritəsinin tərtib olunması bacarıqları;
  • Saytın işində nasazlıqların axtarılması və aradan qaldırılması bacarıqları;
  • Ziyanverici kodların və boşluqların axtarılması və aradan qaldırılması bacarıqları;
  • Müxtəlif CMS üçün modulların və əlavə funksionalın işlənib hazırlanması bacarığı;
  • Əks əlaqə formalarının yaradılması bacarığı;
  • Təsvir qalereyalarının yaradılması bacarığı;
  • Funksional dinamik elementlərin (üzə çıxan menyu, pəncərələr və s.) yaradılması bacarığı.

IT (Ə/H: 1200-1800 AZN)


www.instagram.com

  • Yaş: 18-35;
  • Azərbaycan və rus dili bilikləri: yüksək səviyyədə;
  • Kompüter və onun komplektləşdiricilərinin quruluşu və iş prinsipləri haqqında anlayış;
  • Personal kompüterdə fiziki və proqram səviyyələrində texniki problemlərin həlli bacarıqları;
  • Ofisdə iş üçün əməliyyat sistemləri və PT-nın quraşdırılması bacarığı;
  • Simli və simsiz texnologiyaları barədə baza bilikləri;
  • Simsiz məlumat ötürmə texnologiyalarının (WIFI)  "ağıllı" sazlanması, simsiz məlumat ötürmə kanallarının hesablanması və təhlili sahəsində bacarıqlar;
  • Periferiya ilə iş bacarıqları və printerlərin iş prinsipi barədə anlayış;
  • Şəbəkə kommutatorları (switch), marşrutizatorlar, Ethernet-kabelinin montajı (quraşdırılması) sahəsində iş təcrübəsi;
  • Şəbəkə kommutatorları (switch), marşrutizatorların (Cisco, HPE) konfiqurasiya komandaları barədə anlayış;
  • 2.4-5GHz işçi tezliyi barədə anlayış və fərqləndirmə;
  • IP-ünvanlama ilə iş təcrübəsi;
  • Server virtualizasiyası ilə iş təcrübəsi;
  • Helpdesk personalı ilə iş təcrübəsi;
  • Şəbəkələrlə iş təcrübəsi.

NAMİZƏDLƏRİN ŞƏXSİ KEYFİYYƏTLƏRİNƏ QARŞI TƏLƏBLƏR

  • Punktuallıq;
  • İntizamlılıq;
  • Məsuliyyətlilik;
  • Çalışqanlıq;
  • Öyrənmə qabiliyyəti;  
  • İşləmə qabiliyyəti;
  • Zəhmətsevərlik;
  • Təfərrüatlara qarşı diqqət.

NAMİZƏD SEÇİMİ PROSEDURU

Seçim bir neçə mərhələdən ibarətdir:

1) CV-yə baxılması;

2) Anketin doldurulması;

3) Erudisiya imtahanı;

4) Şirkətin müxtəlif şöbələrinə uyğunluq imtahanı;

5) Psixoloji diaqnostika.

CV-yə baxıldıqdan sonra uyğun olduğu halda, şirkətin katibi namizədlə əlaqə saxlayaraq anket doldurması üçün şirkətə dəvət edəcək. Hər namizəd müxtəlif seçim mərhələlərini eyni gündə deyil, fərqli günlərdə keçir. Anket doldurulduqdan sonra yalnız şirkətin müvafiq tələblərinə cavab verən namizədlər növbəti seçim mərhələlərinə buraxılacaq.  

Bütün seçim mərhələlərindən uğurla keçən namizədlərlə əmək müqaviləsi bağlanılacaq.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR