Şagirdini kimyəvi turşuyla yandıran müəllimin məhkəməsi keçirilib.
XalqTV.com nypost-a istinadla bildirir ki, şagirdinin üstünə maye halında azot tökməklə onun qasıq bölgəsini və barmağını yandıran müəllim hakim qarşısına çıxarılıb.
Olay ABŞ-ın İllinoys ştatında yaşanıb. Çikaqodakı məktəblərin birində kimya müəllimi işləyən 66 yaşlı Garry Broderson şagirdini yandırdığına görə həbs olunub. O, 1 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılıb.