Yerevanda parlament binası və prezident administrasiyasına doğru yürüş başlayıb.
XalqTv.com Trend-ə istinadən bildirir ki, bir müddət Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirmiş keçmiş hərbçilər də yürüşə qoşulub.
Günorta saatlarında Yerevanın mərkəzində baş nazir Nikol Paşinyanın istefası tələbi ilə genişmiqyaslı mitinq elan olunub.