Xəbərlər

“Sərt karantin yox, qaydaları sərtləşdirmək...” - Həkimlərdən COVID-19 xəbərdarlığı

  • 06 Mar 2021
  • 7853086 baxış

Son günlər Azərbaycanda COVID-19-a yoluxma sayında artım müşahidə edilir. Əvvəlki sərt karantin rejimləri ərəfəsində də bu tendensiya hiss olunurdu. Mütəxəssislərə görə ki, bu temp qalarsa, yəqin ki, yenidən məhdudlaşmaya gediləcək.

Həkimlər isə yenə keçən ilin dekabrındakı rəqəmlərə dönə bilərik deyə, narahatlıqlarını bildirirlər. Bu isə yenə gündəlik minlərlə yoluxma, onlarla ölüm, dolu xəstəxanalar deməkdir.

Nəzərə alsaq ki, qarşıdan Novruz bayramı gəlir, qonaq getmək kimi ənənələrimiz də real təhlükədən xəbər verir.

Novruz bayramı günlərində rayonlara gediş-gəliş necə tənzimlənəcək, məhdudiyyətlər olacaqmı? Sərnişin avtobusları işləyəcəkmi? Hazırda insanların ünvanladığı suallar isə əsasən bunlardı.

Bununla belə, son günlər yoluxma sayının artması səbəbindən xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlərin yenidən tətbiq ediləcəyi gözlənilir. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın yaxın günlərdə qərar verəcəyi barədə mediada məlumatlar da yer alıb. Bəs görəsən, ölkədə peyvəndləmənin gedişi nə yerdədir? Vaksin hər kəsə çatacaqmı? Peyvəndləmə zamanı pasiyentlərin çəkisi nəzərə alınırmı, yoxsa  hamıya eyni doza vaksin tətbiq edilir?

Yeri gəlmişkən, martın 4-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 26 min 601 nəfər vaksinasiya olunub. Yanvarın 18-dən hazırkı dövrədək ölkəmizdə 363 min 183 nəfər COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında davam edir. Fevralın 8-dən yaşı 65-dən yuxarı, fevral ayının 17-dən isə  50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası prosesi həyata keçirilir. Martın 3-dən ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 vaksinasiya məntəqəsi yaradılıb.

İlkin olaraq, Bakı şəhərindəki ümumi təhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR