idman

"Qarabağ" hazırlıqlara başladı

  • 02 Jun 2017
  • 235 baxış

"Qarabağ" 2017/18-ci illər mövsümünün hazırlıqlarına start verib. 

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov mayın 5-i ölkə kubokunun finalından sonra futbolçularına istirahət vermişdi. Mövsümün ilk məşqi ötən gün günorta saatlarında klubun bazasında start götürüb.

İlk məşqdə Dino Ndlovu, Arif Daşdəmirov, Elvin Yunuszadə və əvəzedici heyətin bir neçə futbolçusu iştirak edib. Millimizin heyətində olan 8 futbolçu: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Ağabala Ramazanov, Əfran İsmayılov, Qara Qarayev, Rahid Əmirquliyev və Riçard Almeyda, Bosniya və Hersoqovina yığmasına dəvət alan İbrahim Şehiç və U-21 yığmamızın toplanışına dəvət alan Mahir Mədətov, Elgün Uluxanov və Eltun Turabov ilk məşqdə iştirak etməyib. Ansi Aqolli isə bir neçə gün sonra komandaya qoşulacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR