Mart ayından etibarən Kəlbəcər yolunun çəkilişinə başlanılacaq - AAYDA sədri
Ölkə rəhbəri tərəfindən Agentliyə azad olunmuş torpaqlarımıza aparan yolları qısa müddətdə bərpa ermək tapşırığı verilib.
xalqTv.com un məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
(AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən
2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə
bildirib.
O qeyd edib ki, hazırda Kəlbəcərə yeni yol çəkilişinin layihələndirilməsi aparılır:
"Cənab Prezident rayonun işğaldan azad olunan günü gözləmədən bizə tapşırəq vermişdi ki,
Kəlbcərə gedən yolla bağlı işlərə başlayaq.
Yeni yol çəkilişi Gəncə-Göygöldən keçəcək. Hələlik düşmənlə birgə yaşayşın təminatına qədər
Tərtər-Ağdərə-Kəlbəcər yolundan sülhməramlıların iştirakı
ilə istifadə edirik. Ölkə başçısının tapşırığına əsasən, əhalinin təhlükəsiz keçidini təmin etmək
məqsədilə yeni yol inşa edilir. Artıq 2 aya yaxındır yolun
layihələndirilməsi həyata keçirilir. Yol çəkilişi Türkiyə şirkətilə birgə aparılacaq. Martdan
etibarən Kəlbəcər yolunun çəkilişinə başlanılacaq".
xalqTv.com