Xəbərlər

Gizli nişan mərasimi keçirənlər cərimələndilər - VİDEO - FOTO

  • 11 Feb 2021
  • 5145672 baxış

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən XalqTv.com-a verilən məlumata görə, Salyan RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayonun Noxudlu sakini Əziz Əliyevin yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı və iştirak edən 9 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR