Sumqayıt şəhərində yaşayan 1962-ci il təvəllüdlü Təranə Bəylərova 2020-ci il dekabrın 20-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.
XalqTv.com xəbər verir ki,bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, evdən çıxarkən əynində göy rəngli qış gödəkçəsi, qara şalvar, ayağında çəkələk olub.
Onun əlamətləri belədir: Boyu təxminən 150 sm., ağ qısa saçlı, arıq bədən quruluşlu, gözləri şabalıdı rənglidir.
Şəkildə gördüyünüz qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə (+99418) 654-02-02 şəhər və (055) 277-20-07 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
