Hadisə

Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürdü

  • 08 Feb 2021
  • 261 baxış

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

XalqTv.com APA-ya istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb.

132 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu qarşısına çıxan piyada vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya faktı təsdiqləyiblər.

Bildirilib ki, bu gün saat 07:15 radələrində "Kral-Transport" MMC-nin müvəqqəti istismarında olan 132 nömrəli müntəzəm marşrut üzrə (10 TF 992 Dövlət Qeydiyyat Nişanlı) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub. "Əhmədli" metro stansiyasından Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olarkən avtobusun qarşısına çıxan piyada vurulub.  Hadisəylə əlaqədar "Kral-Transport" MMC-nin direktoru Sərvər Əliyev Agentliyə çağırılıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR