Xəbərlər

İzmiri su basdı

  • 02 Feb 2021
  • 77368 baxış

Türkiyənin İzmir şəhərində yağan güclü yağış fəsadlar törədib.

XalqTv.com qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gündən başlayan soyuq hava şəraiti həyatı iflic edib və yağış selə çevrilib.

Şəhər ərazisində bir çox ev və iş yerlərini su basıb. Türkiyə Meterologiya Xidmətinin məlumatına görə, şəhərin mərkəzi küçələrinə belə dolu düşüb və əraziyə ziyan dəyib.

Yaranan göllər və sel fəsadlarının aradan qaldırılması üçün əraziyə xilasetmə qüvvələri cəlb edilib.


XalqTv.com


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR