Xəbərlər

Diqqətli olmalıyıq - ARAŞDIRMA

  • 30 Jan 2021
  • 228 baxış

Ötən il 689 COVİD-19 xəstəsi qəsdən yaşayış yerini tərk edib, bununla bağlı 674 cinayət işi başlanıb.

XalqTv.com Trend-ə istinadən bildirir ki, mütəxəssislərə görə, bir COVID-19 xəstəsi bir saat ərzində 3-4 və daha çox şəxsi yoluxdura bilər.

Misal üçün, Cənubi Koreyada "Pasinent 31" adı verilmiş qadın hökumətin təlimatlarını pozaraq 1200 nəfərə yaxın insanı yoluxdurub. Dünya üzrə koronavirus statistikasına əsasən, bu virusa yoluxan hər 100 nəfərdən 3-ü həyatını itirir.

İndi isə sadə hesabla Azərbaycanda ötən il qəsdən yaşayış yerini tərk edən 689 şəxsin neçə nəfəri yoluxdurduğunu hesablayaq:

Əgər 1 nəfərin orta hesabla 5 saat evdən kənarda olduğunu nəzərə alsaq, 5x3=15 nəfər edir. Bu şəxslərin 689 olduğunu nəzərə alsaq, 689x15=10335 nəfər bu formada virusa yoluxmuş ola bilər.

Koronavirus xəstələri inzibati cəzadan deyil, öz daxili məsuliyyətlərindən çəkinərək evdən çıxmamalıdır

Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə açıqlamasında bildirib ki, son vaxtlar müxtəlif rayon və şəhərlərdə COVİD-19 aşkarlanmış xəstələrin yaşayış yerini tərk etməsi halları barədə çox tez-tez məlumatlar alırıq. Bu faktlar onu göstərir ki, cəmiyyətdə bu virusa qarşı hələ də laqeydlik var. COVİD-19 xəstələrinin yaşayış yerini tərk edərək insanlar arasına çıxması bu virusun daha çox yayılmasına səbəb olur:

 

"Təbii ki, küçəyə çıxan COVİD-19 xəstəsinin virusa yoluxmasından kimsə xəbərdar olmur. Onunla ünsiyyət saxlayan, eyni nəqliyyat vasitəsində onunla yol gedən insanlar həmin xəstə tərəfindən virusa yoluxurlar. Bir xəstə insan küçədə nə qədər çox insanla ünsiyyətdə olarsa, bir o qədər də insanı virusa yoluxdurar. Nəticədə belə məsuliyyətsiz xəstələrin sayəsində virusa yoluxmanın qeydə alınmadığı ailələrdə də xəstəlik baş verir.

Azərbaycanda görülən işlər COVİD-19-la bağlı vəziyyətin nəzarətdə saxlanmasına imkan verir

Yoluxma saylarında baş verən artımlar zaman-zaman karantin rejiminin sərtləşdirilməsini tələb edir. Bu da öz növbəsində iqtisadiyyata mənfi təsirsiz ötüşmür.

Azərbaycanda yanvarın 18-dən etibarən karantin rejiminin yumşaldılmasına başlanılıb. Fevralın 1-dən isə ictimai iaşə obyektlərində yerində xidmət bərpa olunur.

Yanvarın 18-dən etibarən Azərbaycanda həm də koronavirusa qarşı vaksinasiyaya başlanılıb. Bu amil də vətəndaşları arxayınlaşdırmamalı, koronavirus əleyhinə olan tələblərə tam əməl olunmalıdır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR