Xəbərlər

Bakıda qarlı havaya görə 50-dən çox texnika hazır vəziyyətə gətirildi

  • 19 Jan 2021
  • 8607 baxış

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçirilib. İlk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb.

XalqTv.com bildirir ki, görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda payız-qış mövsümünə hazirlıq tədbirləriin keçirilməsini təmin edir, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar. Bu işlər çərçivəsində mütəmadi olaraq paytaxt rayonlarında monitirinqlər keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfat Departamenti sanitariya və texniki təmizlik idarəsinin rəsisi Mübariz Hüseynov Trend-ə bildirib ki, 50-dən çox qış texnikası və mexanizm hazır vəziyyətə gətirilib:

"Artıq mövsümlə bağlı idarədə 24 saatlıq iş rejimi yaradılıb. Bütün işçi heyyəti növbəlilik əsasına günün bütün saatını faəliyyət göstərəcəklər. İdarənin anbarında isə 5 min tona yaxın duz ehtiyatı mövcuddur. Artıq deyildiyi kimi 20-21 tarixlərində qar yağıması və yolların buz bağlaması gözlənilir ki, biz də öz növbəmizdə bütün işləri tam hazır vəziyyətə gətirmişik. Havanın qarlı keçəcəyi təqdirdə idarə artıq gecə saatlarından lazımı tədbirləri görməyə başlacaq ki, səhər işə yaxud digər yerlərə gedəcək paytaxt sakinləri üçün heç bir problemlər yaranmasın".

Rayonlardakı hər bir qurumun qış aylarında üzərilərinə düşən vəzifələri, yarana biləcək problemləri operativ şəkildə aradan qaldırılması dəqiq müəyyən edilib və şəhər üzrə müxtəlif yerlərdə kifayət qədər qum, duz və lazımi invertar ehtiyyatı yaradılıb.

BŞİH tərəfindən rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, cavabdeh şəxslərə tapşırıqlar verilib.


XalqTv.com


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR