Xəbərlər
Şəhidlər Xiyabanında son tamamlama işləri görülür
20 Yanvar faciəsinin 31-ci ildönümünə sayılı günlər qalıb.
XalqTv.com Trend-ə istinadən bildirir ki, hazırda Şəhidlər Xiyabanında bununla bağlı hazırlıq prosesi aparılır. Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağaclar budanır, qazon örtüyü yenilənir, yeni güllər əkilir, səkilər və bütün ərazi yuyulur.
Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub. Hazırlıq işləri yanvarın 19-dək başa çatıdırılacaq.
XalqTv.com
RƏYLƏR