44 günlük zəfər tariximiz dərsliklərdə əks olunacaq
44 günlük şanlı zəfər tariximizin dərsliklərə salınması ilə bağlı işlərə başlanıb. Artıq bununla bağlı xüsusi dərs mövzuları da hazırlanıb. Prosesin davam etdiyini deyən Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu dəyişkliklərin hazırlanmasının müəyyən qrafik üzrə həyata keçirildiyini bildirib.
XalqTv.com xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycan ordusunun döyüş meydanında yazdığı tarixi gələcək nəsillərin daha rahat öyrənməsi üçün dərsliklərə dəyişikliklər edilir. Artıq bununla bağlı işlərə başlanıb.
Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirdi ki, bütün dərslikləri qısa müddətdə dəyişdirmək mümkün olmadığından hazırda bu proses elektron dərsliklərdə daha sürətlə aparılır.
Dəyişikliklərlə bağlı məlumatlar artıq məktəblərə çatdırılıb. Vəfa Yaqublu bildirdi ki, müəllimlərə göstəriş verilib ki, bu mövzulardan virtual dərslərdə istifadə etsinlər.