Xəbərlər

Şəhidlər Xiyabanında 20 Yanvarla bağlı hazırlıq işləri başlanılıb

  • 13 Jan 2021
  • 5608 baxış

Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır.

XalqTv.com xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildiriblər.

Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağaclar budanır, qazon örtüyü yenilənir, yeni güllər əkilir, səkilər və bütün ərazi yuyulur.

Xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft- dizaynerlər cəlb olunub.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR