Xəbərlər

Pensiyaların ödənişinə başlanıb

  • 12 Jan 2021
  • 97004 baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişinə başlanıb.

Nazirlikdən XalqTv.com-a verilən məlumata görə, bu üç şəhər və rayon üzrə bütün pensiya vəsaitlərinin pensiyaçıların hesablarına köçürülməsi prosesi bu gün ərzində tam yekunlaşacaq.

Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR