Xəbərlər

Füzulidə 28 min hektardan çox ərazidə buğda səpilib

  • 06 Jan 2021
  • 69584 baxış

Ölkədə 2021-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabrın 24-ü vəziyyətinə 976 730 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, səpin aparılmış sahənin 98,5 faizini və yaxud 962 402 hektarını dən üçün payızlıq bitkilər təşkil edir ki, onun da 594 896 hektarı buğda, 367 230 hektarı arpa, 276 hektarı isə çovdar əkinlərinin payına düşür.

Ən çox buğda bitkisi Şəki şəhəri (36 min 180,3 ha), Cəlilabad (56 min 500 ha), Şamaxı (30 min 371,8 ha), Füzuli (28 min 559 ha), İsmayıllı (22 min 719 ha), Ağcabədi (21 min 612,1 ha), Qobustan (18 min 927 ha) rayonlarında, ən çox arpa bitkisi Şəki şəhəri (29 min 922,7 ha), Neftçala (34 min 470 ha), Kürdəmir (26 min 760,4 ha), Biləsuvar (19 min 334 ha), Ağsu (17 min 326 ha), Ağdaş (13 min 386 ha), Goranboy (13 min 365 ha) rayonlarında səpilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 4,8 faiz, o cümlədən buğdanın səpin sahəsi 7,2 faiz, arpanın səpin sahəsi 0,6 faiz, çovdarın səpin sahəsi 21,1 faiz azalıb.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR