Xəbərlər

İndoneziyada koronavirusa qarşı peyvəndləşmə bu tarixdə başlanacaq

  • 06 Jan 2021
  • 5687575 baxış

İndoneziya koronavirusa qarşı peyvəndləşmə proqramına 13 yanvar 2021-ci ildə başlayacaq.

XalqTv.comTrend-ə istinadən bildirir ki, gələn ilə qədər ölkədə 181,5 milyon sakin vaksinasiya edilməlidir.

Peyvəndləşmənin ilk dövründə 1.3 milyon tibb, 17.4 milyon ictimai işçi və 21.5 milyon yaşlı sakin aşılanacaq və proqram 2021-ci ilin yanvarından aprelinədək olacaqdır.

İkinci dövr 2021-ci ilin aprelindən 2022-ci ilin martınadək davam edəcək. Proqramın bu hissəsində 63.9 milyon nəfər həssas qrupa aid və 77.4 milyon digər sakinlər peyvəndlənəcək.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR