SAĞLAMLIQ

ATU-da uşaqlar üçün pulsuz aksiya - FOTO

  • 02 Jun 2017
  • 291 baxış

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında başladılan 2 günlük pulsuz aksiya başa çatıb.

Klinikadan XalqTV.com-a verilən məlumata görə, aksiyada 1-16 yaş arası 100 nəfərə yaxın uşaq qəbul edilib. Aksiya barədə fikirlərini bölüşən professorlar bunun onlar üçün çox şərəfli bir iş olduğunu vurğulayıblar.

Revmatoloq, professor Surxay Musayevin sözlərinə görə, beynəlxalq səviyyədə keçirilən bu bayramda uşaqları müayinə etmək onlara böyük sevinc yaşadıb: "Qəbul edilənlər arasında sadəcə profilaktik müayinə üçün gələnlərlə yanaşı ciddi problemi olan uşaqlar da var idi. Əkizləri, həmçinin rayondan gələn uşaqları da qəbul etdik. Valideynlərə övladlarını mütəmadi olaraq həkim müayinəsindən keçirməyi tövsiyə etdik".

Professorlar - kardioloq İbrahim İsayev və Amaliya Əyyubova da qəbul edilən uşaqlar arasında istər yoxlanış, istərsə də ciddi patologiya ilə yaxınlaşan valideynlərin olduğunu deyib, onlara uşaqda hansısa problem aşkar etdikdə, vaxtında həkim müayinəsinə aparmağı tövsyə ediblər. Qeyd ediblər ki, vaxtında həkimlər tərəfindən edilmiş müdaxilə sonrakı problemlərin qarşısını alacaq və müayinələrdə də müsbət nəticə əldə olunacaq.

Qeyd edək ki, BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildən başlayaraq hər il iyun ayının 1-i beynəlxalq səviyyədə Uşaqların Müdafiəsi Günü kimi qeyd olunur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da geniş şəkildə qeyd edilir.

Zərif Nisə
XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45882 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 766 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 744 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO